
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oman Sultanlığının milli bayramı münasibətilə ölkənin Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı məktubunda Oman Sultanını və onun simasında bütün Oman xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev təbrikində Sultan Heytəm bin Tariq Al Səidə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, dost Oman xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.





