
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayev yolu keçmək istəyərkən hərəkətdə olan avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Məlumata görə, mərhum öz avtomobilini yolun kənarında saxladıqdan sonra dönər almaq məqsədilə yolun digər tərəfinə keçmək istəyib. Həmin vaxt baş verən qəza onun həyatı bahasına başa gəlib.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.





