
Gəncə şəhərində TƏBİB tərəfindən aparılan yoxlamalar zamanı nöqsanların aşkarlandığı xəstəxananın şöbə müdiri vəzifəsindən kənarlaşdırılıb.
Məlumata görə, Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərova tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən sözügedən şöbədə araşdırma aparılıb. Yoxlamalar zamanı bir sıra çatışmazlıqların aşkarlandığı bildirilir.
Şöbə müdirinin vəzifəsindən azad edilməsi həmin araşdırmaların nəticələri fonunda diqqət çəkir. Bununla belə, qərarın konkret hüquqi və inzibati əsasları barədə əlavə rəsmi açıqlama verilməyib.
Qanun TV.az




