
Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
QanunTV.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:09-da Şirvan stansiyasından 32 kilometr şimal-qərbdə baş verib.
Zəlzələnin maqnitudası 3,2, ocağının dərinliyi isə 45 kilometr olub.
Zəlzələnin digər fəsadları barədə hələlik məlumat verilməyib.





