
Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən rəsmi nahar zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi diqqət çəkib.
Noyabrın 21-də təşkil olunan tədbirdə Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva Vyetnamın milli geyimlərində iştirak ediblər. Bu seçim Vyetnamın milli-mədəni irsinə və ənənələrinə göstərilən ehtiramın ifadəsi kimi diqqət çəkib.
Qeyd edək ki, rəsmi nahar Vyetnam Prezidenti To Lam və xanımı No Fon Linin adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə təşkil olunub.
Qanun TV.az






