
Noyabrın 21-də Vyetnamın paytaxtı Hanoy şəhərində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə görüşü olub.
Görüş Hanoyun Köhnə Məhəlləsində yerləşən İrs Evində baş tutub. XIX əsrdə inşa edilmiş bu tarixi məkan Vyetnamın ənənəvi yaşayış memarlığını və tacir həyat tərzini özündə əks etdirir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, həmçinin qızları Leyla Əliyeva və Arzu Əliyevaya burada Vyetnamın milli-mədəni irsinə aid əl işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Mehriban Əliyeva və qızları Vyetnamın ənənəvi çay təqdimetmə mərasimini izləyiblər.
Görüş çərçivəsində nümayiş etdirilən milli sənətkarlıq nümunələri və çay mərasimi iki ölkənin zəngin mədəni irsi ilə tanışlıq baxımından diqqət çəkib.
Qanun TV.az










