
ABŞ Prezidenti Donald Tramp açıq sərhəd siyasətini tənqid edərək bunun dövlətlər üçün ciddi təhlükə yaratdığını bildirib.
“Qanuntv.az ” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında fikirlərini bölüşüb.
Amerika lideri paylaşımında qeyd edib: “Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”.
Qeyd edək ki, Donald Tramp dəfələrlə ABŞ-də miqrasiya siyasətinin sərtləşdirilməsinin, sərhəd təhlükəsizliyinin gücləndirilməsinin və ölkədə qanunsuz yaşayan miqrantların kütləvi deportasiyasının tərəfdarı olduğunu bəyan edib.
Miqrasiya məsələsi Tramp administrasiyasının əsas siyasi istiqamətlərindən biri olaraq qalır. ABŞ rəhbərliyi ölkənin sərhədlərinə nəzarətin gücləndirilməsini və qanunsuz miqrasiyaya qarşı mübarizəni prioritet hesab edir.





