
Sumqayıt şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Məlumata görə, “Hyundai” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında olan piyadanı vurub.
Zərərçəkən müxtəlif dərəcəli ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, qəzaya düşən avtomobil “Rent-a-Car” şirkətindən icarəyə götürülüb.
Faktla bağlı müvafiq araşdırma aparılır.





