
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən 39 yaşlı N. Ələsgərovu vurub.
Hadisə nəticəsində piyada ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.





