
Ermənistanda yeni Konstitusiya layihəsinin mətni ictimaiyyətə açıqlanıb.
Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, təqdim olunan yeni Konstitusiya layihəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə heç bir istinad yer almayıb.
Sənədin ictimaiyyətə təqdim olunması ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrin növbəti mərhələsi kimi qiymətləndirilir.
Yeni Konstitusiya layihəsinin məzmunu və nəzərdə tutulan dəyişikliklərin ölkənin gələcək siyasi-hüquqi sisteminə mümkün təsirləri ictimai müzakirələrin əsas mövzularından biri olacaq.





