• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İlham Əliyev Antonio Tayanini qəbul edib: Azərbaycan–İtaliya əlaqələri müzakirə olundu

23 Kas, 26 - 16:48







Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.


Görüş zamanı Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq, Azərbaycan və İtaliya arasında dostluğa əsaslanan əlaqələrin uğurla inkişaf etdiyini bildirib.


Prezident İlham Əliyev bu il İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfərini xatırladıb. Həmin səfər çərçivəsində siyasi əməkdaşlıq, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərin müzakirə olunduğunu qeyd edib. Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, özünün isə İtaliyaya səfərlərinin münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.


Görüşdə iqtisadi və investisiya əməkdaşlığı xüsusi diqqət mərkəzində olub. İlham Əliyev İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşlarından biri olduğunu bildirib. Azərbaycanın İtaliya enerji bazarında mövqeyinin genişləndiyini, bu ölkədə neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasından məmnunluğunu ifadə edib.


Təhsil sahəsində əməkdaşlığa toxunan Prezident ötən il İtaliya Prezidentinin iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladıb.


Antonio Tayani isə hər iki ölkədə Azərbaycan və İtaliya şirkətlərinin sayının artırılmasında maraqlı olduqlarını bildirib. O, Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, ölkəsinin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.


İtaliyalı nazir, həmçinin bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin fəaliyyətinin Bakıdan həyata keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.


Söhbət zamanı bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin əhəmiyyəti də vurğulanıb. İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.


Görüşdə Azərbaycanın beynəlxalq nəqliyyat bağlantıları baxımından artan strateji rolu, regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər və TRIPP layihəsi ətrafında da fikir mübadiləsi aparılıb.


Prezident İlham Əliyev Antonio Tayaninin Azərbaycana səfərinin uğurlu keçəcəyinə və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Qeyd edək ki, Azərbaycan və İtaliya arasında münasibətlər siyasi dialoqla yanaşı, enerji, iqtisadiyyat, investisiya, təhsil və digər istiqamətlərdə də geniş əməkdaşlıq imkanlarını əhatə edir. Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar bu tərəfdaşlığın inkişafında mühüm rol oynayır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB
backend
Prezidentin İtaliya səfəri: “Böyük yeddilik” üzvü ilə münasibətlərdə unikal məqamlar – TƏHLİL
backend
İlham Əliyev Binəqədidə məktəbin açılışını edib - FOTOLAR
backend
Azərbaycanda 2025-ci ilin ən qabaqcıl universitetləri - Adlar SADALANDI
backend
İlham Əliyev Gəncə şəhər stadionunun açılışını etdi - FOTOLAR

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 322

XƏBƏR LENTİ

İlham Əliyev Antonio Tayanini qəbul edib: Azərbaycan–İtaliya əlaqələri müzakirə olundu [xfgiven_red][/xfgiven_red]
16:4823 Kas
Zelenski: Ukrayna Liviyada Rusiyanın “Merkuri” korvetini batırıb [xfgiven_red][/xfgiven_red]
16:4323 Kas
Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim edilib [xfgiven_red][/xfgiven_red]
15:1023 Kas
Doğum gününü qeyd edən azərbaycanlı aparıcı faciəli şəkildə həlak olub – Qəzanın təfərrüatları məlum oldu [xfgiven_red][/xfgiven_red]
15:0223 Kas
Azərbaycanda 5-ci sinif şagirdi vəfat edib [xfgiven_red][/xfgiven_red]
14:5823 Kas
Bakıda 27 yaşlı piyada avtomobil vurması nəticəsində ölüb [xfgiven_red][/xfgiven_red]
14:5323 Kas
Şəmkir Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ruslan müəllim – qanunçuluğun və peşəkar idarəçiliyin keşiyində [xfgiven_red][/xfgiven_red]
14:1023 Kas
Donald Tramp: “Açıq sərhədlər ölkələri məhv edir” [xfgiven_red][/xfgiven_red]
21:3122 Kas
Qurban Qurbanov: “Geriyə addım atmaq olmaz, daha da güclənəcəyik” [xfgiven_red][/xfgiven_red]
21:2622 Kas
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib [xfgiven_red][/xfgiven_red]
21:1722 Kas
Bakıda bədbəxt hadisə: Elvin Zeynalov hündürlükdən yıxılaraq ölüb [xfgiven_red][/xfgiven_red]
19:2222 Kas
Xankəndidə “Prezident kuboku” uğrunda qaçış yarışı keçirilib [xfgiven_red][/xfgiven_red]
19:1922 Kas
Gəncədə iki avtomobil toqquşub: Xəsarət alanlardan biri yeniyetmədir [xfgiven_red][/xfgiven_red]
19:1322 Kas
İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][/xfgiven_red]
19:0622 Kas
Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb [xfgiven_red][/xfgiven_red]
18:5822 Kas
Sumqayıt bulvarında avtomobil piyadanı vurdu: Vəziyyəti ağırdır [xfgiven_red][/xfgiven_red]
18:4722 Kas
Qazaxda 49 yaşlı ehtiyatda olan zabit dəm qazından zəhərlənərək vəfat edib [xfgiven_red][/xfgiven_red]
18:4322 Kas
Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva vəfat edib [xfgiven_red][/xfgiven_red]
23:3921 Kas
Gədəbəydə avtomobil 6 yaşlı uşağı vurub [xfgiven_red][/xfgiven_red]
23:3521 Kas
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı arasında görüş keçirilib [xfgiven_red][/xfgiven_red]
23:2921 Kas
Sabirabadda qaçırıldığı bildirilən 15 yaşlı qız və 17 yaşlı oğlan ot tayasında tapılıb [xfgiven_red][/xfgiven_red]
23:2621 Kas
Mehriban Əliyeva və qızları Vyetnamın milli geyimlərində – Hanoydan diqqətçəkən fotolar [xfgiven_red][/xfgiven_red]
23:2421 Kas
Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib [xfgiven_red][/xfgiven_red]
23:1721 Kas
BDU-da kadr dəyişikliyi: rektorun köməkçisi vəzifəsindən azad edilib [xfgiven_red][/xfgiven_red]
23:1521 Kas
Gəncədə xəstəxananın şöbə müdiri vəzifəsindən azad edilib [xfgiven_red][/xfgiven_red]
23:1221 Kas
Payız-qış mövsümündə virus təhlükəsi artır: Professor Adil Qeybulladan xəbərdarlıq [xfgiven_red][/xfgiven_red]
23:0621 Kas
Şəmkirdə abort zamanı hamilə qadın həyatını itirib – İki azyaşlı övladı anasız qaldı [xfgiven_red][/xfgiven_red]
17:0021 Kas
Təhsil idarəsinin sabiq müdirinə MÜTDA-da yeni vəzifə verildi [xfgiven_red][/xfgiven_red]
14:3520 Kas
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü keçirilib [xfgiven_red][/xfgiven_red]
14:3120 Kas
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib [xfgiven_red][/xfgiven_red]
14:2620 Kas
Qarakənd faciəsindən 35 il ötür – Azərbaycanın dövlət və ictimaiyyət nümayəndələrinin həyatına son qoyan qanlı hadisə [xfgiven_red][/xfgiven_red]
14:1920 Kas
Gəncədə Milli Qəhrəmanın oğlu ağır yol qəzasına düşüb [xfgiven_red][/xfgiven_red]
14:1520 Kas
Bu gün Ağdam Şəhəri Günüdür – Tarixi qayıdışdan 6 il ötür [xfgiven_red][/xfgiven_red]
14:1220 Kas
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb – Eyni kənddə oxşar hadisə yenidən baş verib [xfgiven_red][/xfgiven_red]
14:1020 Kas
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma” təhlükəsizlik qüvvələrinə təhvil verildi [xfgiven_red][/xfgiven_red]
14:0520 Kas
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim edilib [xfgiven_red][/xfgiven_red]
14:0220 Kas
Aysel Cəfərova – gələcəyin formalaşmasına sevgi, məsuliyyət və peşəkarlıqla töhfə verən rəhbər [xfgiven_red][/xfgiven_red]
11:5020 Kas
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi – Dosyesi [xfgiven_red][/xfgiven_red]
13:2119 Kas
Azərbaycanda zəlzələ baş verdi – Yeraltı təkanların maqnitudası açıqlandı [xfgiven_red][/xfgiven_red]
13:1619 Kas
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edildi [xfgiven_red][/xfgiven_red]
13:1119 Kas
Azərbaycan XİN-dən Fransaya sərt cavab: “İddialar tamamilə qəbuledilməzdir” [xfgiven_red][/xfgiven_red]
13:0319 Kas
Suaresdən Neymarın PSJ-yə transferi ilə bağlı açıqlama: Messi ilə birlikdə onu fikrindən daşındırmağa çalışmışıq [xfgiven_red][/xfgiven_red]
12:5919 Kas
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub [xfgiven_red][/xfgiven_red]
12:5319 Kas
Qazaxda dəhşətli qəza: Üç nəfər həyatını itirdi [xfgiven_red][/xfgiven_red]
12:4919 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə