
Azərbaycanlı aparıcı Ada Süleymanovanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, faciə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. VOYAH markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində ağır qəza qeydə alınıb.
Hadisə zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Anar Kərimovun və sərnişin Ada Süleymanovanın meyitləri FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, qəza ilə bağlı müvafiq araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra məlum olacaq.
Gənc aparıcının faciəvi şəkildə həyatını itirməsi xəbəri yaxınları və onu tanıyanlar üçün ağır itki olub.





