
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir.
QanunTV.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
Tədbir Asiya ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələləri üzrə dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.







