SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Ermənistanda azərbaycanlı hərbçi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
Gündəm / Hadisə

Ermənistanda azərbaycanlı hərbçi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Bugün, 12:36 0







Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.


Məlumata görə, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək hərbçinin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edib.


Nəsimi Musayevin cinayət işi üzrə ilk məhkəmə iclası Gorus şəhərində keçirilib. İclas zamanı müdafiə tərəfinin vəkili iş materialları ilə tam tanış olmaq üçün əlavə vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və növbəti məhkəmə iclasını dekabrın 14-nə təyin edib.


Qeyd edək ki, Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.


Azərbaycan Respublikası Baş Prokurorluğunun daha əvvəl yaydığı məlumata əsasən, Nəsimi Musayev Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçib. 2026-cı il sentyabrın 26-da onun xidmət yerində olmadığı müəyyən edildikdən sonra axtarış tədbirlərinə başlanılıb.


Hərbi Prokurorluqda aparılan araşdırma nəticəsində onun hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edilib. Azərbaycan tərəfinin aidiyyəti dövlət qurumları tərəfindən hadisənin bütün hallarının aydınlaşdırılması və hərbçinin vəziyyəti ilə bağlı qarşı tərəfin müvafiq qurumları ilə təmasların davam etdirildiyi bildirilib.


Nəsimi Musayevin həbs müddətinin növbəti üç ay uzadılması ilə bağlı qərar Ermənistan mediasında da geniş işıqlandırılıb.

Oxşar xəbərlər