SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » İlham Əliyev Əli Əsədovu “Şərəf” ordeni ilə təltif edib
Gündəm / Siyasət

İlham Əliyev Əli Əsədovu “Şərəf” ordeni ilə təltif edib

Bugün, 14:34 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovun dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətini, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində xidmətlərini nəzərə alaraq onun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qanuntv.az xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının “Şərəf” ordeninə layiq görülüb.

Qeyd edək ki, noyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 70 yaşı tamam olacaq. Onun yubileyi ərəfəsində belə yüksək dövlət mükafatına layiq görülməsi diqqət çəkən hadisələrdən biridir.

Əli Əsədov uzun illərdir dövlət idarəçiliyi sistemində fəaliyyət göstərir. O, müxtəlif məsul vəzifələrdə çalışaraq ölkənin iqtisadi və inzibati idarəetmə sahələrində həyata keçirilən proseslərdə iştirak edib. 2019-cu ildən Azərbaycan Respublikasının Baş naziri vəzifəsini icra edən Əli Əsədov hökumətin fəaliyyətinin əlaqələndirilməsi və dövlət proqramlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

“Şərəf” ordeni ilə təltif olunması onun dövlət qulluğundakı fəaliyyətinə verilən yüksək dövlət qiyməti kimi dəyərləndirilir.

Oxşar xəbərlər