• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Hidayət də, zəlalət də Allahdandır? [xfvalue_red]

18 Kas, 23 - 10:40

Hidayət də, zəlalət də Allahdandır?


Qurani-Kərimdə ən çox rast gəlinən kəlmələrdən ikisi "hidayət" və "zəlalət" kəlmələridir. Bu kəlmələr müxtəlif forma və mənalarda Quranda dəfələrlə xatırlanır.

Dindar insan hər gün ən azından gündəlik namazları qılarkən Fatihə surəsini oxumaqla Allahdan onu düzgün yola (sıratəl-müstəqimə) hidayət etməsini diləyir, özünü zəlalətə düçar olmuşların arasında görməməyi arzu edir. Kəlam və əqidə kitablarında da hidayət və zəlalər mövzusu geniş şəkildə araşdırılır, hətta İslam tarixinin bəzi dövrlərində bu mövzuda alimlər arasında qızğın mübahisələr getmişdir.

Bu gün də istər dini mövzulu kitablarda, istərsə də cəmiyyət içində gedən müzakirələrdə hidayət və zəlalət barədə fikirlərə tez-tez rast gəlirik. Xüsusilə, insanları düşündürən, mübahisələrə səbəb olan, əksər hallarda yanlış anlaşılan məsələlərdən biri budur: "İnsanları hidayət edən və zəlalətə salan Allahdır? Əgər Allahdırsa, o halda zəlalətə düşənlərin günahı nədir? Əgər onlar Allahın istəyi ilə azğınlığa düçar olublarsa, niyə axirətdə onlara cəza veriləcək?" Bu suallar əsasən Qurani-Kərimin aşağıdakı ayələrini oxuyan zaman qarşıya çıxır: "...Allah istədiyi kimsəni zəlalətə salar, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (İbrahim, 4) "...(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!" (Nəhl, 93).

Bu suala cavab verməzdən əvvəl hidayət və zəlalətin mənaları və növləri barədə qısa məlumat verməyi faydalı hesab edirik. Bunları düzgün anlamadan yuxarıdakı suallara qənaətbəxş cavab tapmaq və ya verilən qənaətbəxş cavabı başa düşmək mümkün olmaz. Qeyd edək ki, mövzu kifayət qədər mürəkkəb və əhatəli olduğu üçün, oxucuların asan anlaması xatirinə, hər kəsin başa düşəcəyi şəkildə sadə izahlar verməklə kifayətlənirik, mürəkkəb fəlsəfi və etiqadi bəhslərə girmirik.

"Hidayət" sözünün lüğəti mənası lütf və mehribanlıqla başqasını yönəltmək, ona bələdçilik etməkdir. Yəni hidayətin kökündə yaxşılıq, mehribanlıq, şəfqət hissləri durur. Başqasını pis yola, səhv istiqamətə yönəltməyi heç zaman hidayət adlandırmaq olmaz və buna heç yerdə rast gəlmirik.

Bunun əksi olaraq, "zəlalət" sözünün mənası azmaq, düzgün yolu itirməkdir. Bu iki kəlmə bir-biri ilə tam ziddiyyət təşkil edir. Hidayət və zəlalət, məna etibarilə varlıq və yoxluq kimidir. Yəni birinin olduğu yerdə o biri olmaz. Hidayət olan yerə zəlalət yol tapa bilməz, zəlalətin mövcud olduğu yerdə isə hidayətə yer yoxdur. Hidayət olmasa, onun yerini zəlalət tutar. Beləliklə, zəlalət bir kəsə verilə, bağışlana bilməz, çünki zəlalət - hidayətin yoxluğu deməkdir, yoxluğu (heçi) vermək olmaz. Bir kəsdən hidayətin alınması elə onun zəlalətə salınması deməkdir. Bu mənada Allahın kiməsə zəlalət verdiyini təsəvvür etmək düzgün deyil. Əgər Allah bir kəsi hidayət etməsə, o kəs demək ki zəlalətdədir.

Hidayətin növləri barədə alimlərin fərqli fikirləri vardır. Mövzu ilə bağlı əksər kitablarda hidayəti "təkvini" və "təşrii" olmaqla iki yerə böıürlər. Bundan əlavə, tovfiqi, xüsusi, ümumi, üxrəvi (axirətə aid) hidayət növləri barədə danışan alimlər də olmuşdur. Bu fərqlilikləri daha geniş müzakirələrin öhdəsinə buraxaraq yalnız geniş yayılmış təsnifata əsasən, təkvini və təşrii hidayət barədə məlumat veririk.

Təkvini hidayət Allah tərəfindən istisnasız olaraq hər kəsə lütf edilmiş hidayətdir. Hər bir canlı təkvini hidayətdən faydalanır. Yalnız insanlar deyil, digər canlılar da üstünlüyə çatmaq, yaşamaq, böyümək, inkişaf etmək naminə bu hidayətin imkanlarından istifadə edirlər. Hər bir canlıda doğulduğu andan mövcud olan instinktlər bu hidayətə sübutdur. Əlavə olaraq, insanlar yaradılış etibarilə fitrətən Allahpərəstdirlər, hamının daxilində onu yaradan, yaşadan, qoruyan bir qüvvənin mövcudluğuna inam vardır. Bir nəfər İmam Sadiqdən (ə) Allahın kimliyi ilə bağlı soruşduqda o həzrət gəmiyə minmiş adamları misal çəkərək buyurdu ki, fırtına zamanı gəmidə olan hər kəs qeyri-ixtiyari olaraq bir qüvvəyə ümud edir, həmin qüvvənin ona nicat verəcəyinə inanır, ondan yardım diləyir. Bu, təkvini hidayətlə Özünü bəndələrinə tanıtdırmış Allahdır. İnsan adi vaxtlarda Allahı qəbul etmədiyini söyləsə belə, təhlükə anında yenə Ona sığınır, Ondan yardım diləyir.

Quranda Həzrət Musa Peyğəmbər (ə) ilə Fironun söhbətləri bir neçə dəfə təsvir edilib. Söhbətin aşağıdakı hissəsi xüsusilə maraqlıdır: "(Firon) soruşdu: "Rəbbiniz kimdir, ya Musa?" (Musa) belə cavab verdi: "Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!" (Taha, 49-50). Ayədən göründüyü kimi, Allah yaratdığı hər şeyə hidayət bəxş edir, onu hidayətdən məhrum etmir. Heç kəsi hidayətsiz buraxmamaq Allahın Rəhman və Rəhim sifətinə yaraşan xüsusiyyətdir, sonsuz mərhəmət sahibi olan Yaradan Öz hidayətini heç kimdən əsirgəməz. Ola bilməz ki, zatən rəbb (yəni bəsləyən), zatən mərhəmətli, zatən nemətverən olan Allah zatən yolgöstərən olmasın və Öz bəndələrinin düzgün yola gəlməsini istəməsin.

Allah Öz bəndələrinə o qədər mərhəmətlidir ki, onları təkcə təkvini hidayətin öhdəsinə buraxmır. Allah insanları həm də təşrii hidayətlə doğru yola dəvət edir. Təşrii hidayət şəriət əmrləri ilə, kənar vasitələrlə insanları doğru yola çağırmaq deməkdir. Bunun üçün Allah insanlara peyğəmbərlər göndərir, müqəddəs kitablar nazil edir, alimlərin dili ilə onlara nəsihətlər verir. Quranda da buyurulduğu kimi, heç bir ümmət peyğəmbərsiz qalmamışdır. Fitrətindəki təkvini hidayət yetərsiz olan insanlar təşrii hidayətin vasitəsilə Allaha doğru qayıdırlar.

Əgər insan öz iradəsi və seçimi ilə, öz nəfsinin gücü sayəsində daxilindəki ilahi fitrəti boğsa, təşrii hidayətin vasitələrini də qulaqardına vursa, bu halda zəlalətə düçar olar. Yəni özü hidayət qapılarını öz üzünə bağlayar, hidayətdən tam məhrum qalar. Dediyimiz kimi, hidayətdən məhrumluq da zəlalət, yəni azğınlıq deməkdir. Hidayət mövcud olmayan yerdə zəlalət hökmran olar. Başqa sözlə desək, zəlalət - insanın öz nəfsi ilə baş-başa qoyulması, özbaşına buraxılmasıdır. Obrazlı ifadə ilə desək, Allahın insandan Öz mərhəmət əlini çəkməsi deməkdir. Allah hər kəsi öz başına buraxsa, həmin şəxs zəlalətdə olar. Ona görə hətta məsumlarımız da öz dualarında Allaha yalvarırdılar ki, onları bir an belə özbaşına buraxmasın, Öz mərhəmət nəzərindən uzaq salmasın. Böyük alim Seyyid ibn Tavus "İqbal" kitabında Ramazan ayının 17-ci gününə aid duaların içində belə bir duanı da qeyd etmişdir: "İlahi, məni heç zaman bir göz qırpımı qədər də olsa, özbaşına buraxma, məni Öz yaratdıqlarından heç kimə möhtac etmə, qəlbimi Sənə itaətdə sabit (dəyişməz) et!"

Zəlalət insanın öz iradəsi ilə düşdüyü bir haldır. Bunun üçün Allahı günahkar bilmək yanlışdır. Qurani-Kərimin bu ayəsi də dediklərimizə sübut ola bilər: "Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Fatir, 2). Göründüyü kimi, ayədə Allah tərəfindən insanın üzünə açılmış mərhəmət və nemət qapısının Allahdan başqa heç kim tərəfindən bağlana bilməməsi buyurulub. Yəni ilahi rəhməti və sonsuz nemətləri Allah bir kimsəyə layiq bilibsə, həmin kimsəni bundan heç kim məhrum edə bilməz. Allahın nemətlərini bəndələrdən əsirgəməyə heç kimin qüvvəsi çatmaz (Allahın Özündən savayı). Amma diqqət yetirsək görərik ki, ayənin davamında əzab qapısından söhbət açılmır, sadəcə olaraq, Allahın bir kəsə mərhəmət etməməsindən danışılır. Mərhəmət etməmək dolayısı ilə insanı özbaşına buraxmaq mənasındadır; bu isə elə zəlalətin özüdür. Əgər Allah bir kimsəni Öz mərhəmətindən məhrum edib, özbaşına buraxsa, heç kəs ona yiyə dura və onu xilas edə bilməz. Çünki qeyri-məhdud qüvvət sahibi yalnız Allahdır, Onunla qarşı-qarşıya dura biləcək, Onun iradəsinə əks çıxacaq heç bir qüvvə yoxdur.

Zəlalətə düşmüş insan yalnız özünü təqsirkar bilməlidir. Bu vəziyyət onun günahlarının cəzasıdır. Bu cəza ona əbəs yerə deyil, əməllərinə görə verilmişdir. Yəni insan öz əməl və davranışları ilə hidayətə latiq olmadığını göstərmiş, daxilindəki təkvini hidayət nurunu söndürmüş, təşrii hidayət imkanlarını da heçə endirmişdir. Zəlalət - təkvini hidayət kimi başlanğıcdan qazanılmış ibtidai bir hal deyil, təşrii hidayət kimi də sonradan insana verilmir. Zəlalət - insanın öz əməlləri sayəsində hidayət qapısını öz üzünə bağlamasının nəticəsidir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Metroda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMA
backend
Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəldi
backend
Dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib - Palata
backend
Ermənilər Kəlbəcəri atəşə tutdu: Hərbçimiz yaralandı
backend
Çimərliyə gedən xanımları təhqir edən şəxs prokurorluğa ÇAĞIRILDI
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 256

XƏBƏR LENTİ

Saatlıda məktəbdə özbaşınalıq iddiaları: Azadkənd kənd tam orta məktəbində nə baş verir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1522 Eyl
UFAZ tələbəsi burun əməliyyatından sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3022 Eyl
Göygöldə qadın qətlə yetirildi: Əri şübhəli bilinərək saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2522 Eyl
Ceyhun Bayramov Dünya İqtisadi Liderlərinin qeyri-rəsmi naharında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2222 Eyl
Tahir Gözəl: “Qurban Qurbanov bəzi məqamlarda “Qarabağ”dan ayrılmaq istəyib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2022 Eyl
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1822 Eyl
Məhəmməd Salah 6 ay müddətinə sürücülük hüququndan məhrum edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1022 Eyl
Xəzər dənizində zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0722 Eyl
İlham Əliyev FIFA U-15 Dünya çempionatı ilə bağlı viza prosedurlarını sadələşdirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0322 Eyl
Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5922 Eyl
Şəhriyar Mustafayev – şəhər təsərrüfatına məsuliyyətli yanaşma və Mingəçevirin abadlığına xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5522 Eyl
Bakıda tanınmış stomatoloq əməliyyatdan sonra vəfat edib – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5521 Eyl
Gəncə şəhər 34 nömrəli məktəbin direktoru Sevda Rəhimovaya valideynlərdən təqdir: Təhsilə sədaqət və məsuliyyətli rəhbərlik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1821 Eyl
Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3421 Eyl
Yasamalda tədbir zamanı monitor aşıb, qadın ciddi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2721 Eyl
Azərbaycanlı cüdoçu dünya çempionu oldu – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2521 Eyl
Sumqayıtda faciə: Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2121 Eyl
Göygöldə ər həyat yoldaşını qətlə yetirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1821 Eyl
Şabranda Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1521 Eyl
Maştağada yol təmirinə başlanılıb – Hərəkət məhdudlaşdırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0621 Eyl
Ramin müəllim – peşəkarlığı, məsuliyyəti və rəhbərlik keyfiyyətləri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0321 Eyl
“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi – 4:0 [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0820 Eyl
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0420 Eyl
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb – Şəxsiyyət məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3720 Eyl
Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5120 Eyl
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4820 Eyl
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat: “Azərbaycanın dövlət suverenliyi əbədidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4620 Eyl
20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gün [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4320 Eyl
Bilgəhdə iki nəfər dənizdə batıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3820 Eyl
Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3520 Eyl
Prezident İsgəndər Cavadovu fəxri diplomla təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3220 Eyl
Bakıda bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1419 Eyl
Azərbaycanda antiterror tədbirlərinin başlanmasından 3 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1119 Eyl
Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0619 Eyl
MİQ müsabiqəsindən sonra 3 minə yaxın vakant müəllim yeri tutulmayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0219 Eyl
Sumqayıtda avtobus 4 yaşlı uşağı vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5819 Eyl
Yevlaxda ağır yol qəzası: Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5419 Eyl
Əməkdar artist və tanınmış diktor Sevda Məmmədzadə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5219 Eyl
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5019 Eyl
Bakıda daha iki küçədə avtobuslar üçün xüsusi zolaqlar yaradılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4519 Eyl
Bakıda 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı oğlana 4 il həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4319 Eyl
AID Group-la bağlı şikayətlərin sayı artır: Şirkətə 2 min dollar ödəyən şəxs pulunu geri ala bilmədiyini deyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4518 Eyl
Azərbaycanın ilk sərhədçi generalı İsgəndər Allahverdiyev dəfn edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4318 Eyl
Lənkəranda 16 yaşlı yeniyetmə döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5718 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə