
Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar 18 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
Dəyişiklik 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutları əhatə edəcək.
Məlumata görə, avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov prospekti və Heydər Əliyev prospekti vasitəsilə təşkil olunacaq.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcəklər.
Qeyd edək ki, “Sabah” klubu Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya Praqa” komandası ilə qarşılaşacaq.
Sürücülərə və ictimai nəqliyyat sərnişinlərinə səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.





