
Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.
Qanuntv.az xəbər verir ki, Masazır təmsilçisi turnirin liqa mərhələsində rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
“Sabah” Bakıda İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, Çexiyanın “Slaviya Praqa” və İtaliyanın “Napoli” klubları ilə qarşılaşacaq.
Komandanın ev oyunlarının təqvimi belədir:
13 oktyabr, saat 20:45
“Sabah” (Azərbaycan) – “Slaviya Praqa” (Çexiya)
Bakı Olimpiya Stadionu
20 oktyabr, saat 20:45
“Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya)
Bakı Olimpiya Stadionu
25 noyabr, saat 21:45
“Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
Bakı Olimpiya Stadionu
20 yanvar 2027-ci il, saat 21:45
“Sabah” (Azərbaycan) – “Napoli” (İtaliya)
Bakı Olimpiya Stadionu
Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının liqa mərhələsində ümumilikdə 8 oyun keçirəcək. “Sabah” səfərdə İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal”, Norveçin “Vikinq” və İngiltərənin “Arsenal” komandaları ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionu 68 700 tamaşaçı tutumuna malikdir. 2015-ci ildə fəaliyyətə başlayan arena Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı stadionlardan biridir.





