
Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrej Babišin rəsmi qarşılanma mərasimi keçirilib.
Qanuntv.az xəbər verir ki, mərasim Dövlət bayraqlarının dalğalandığı meydanda baş tutub və Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi qonağa raport verib.
Daha sonra Azərbaycan və Çexiyanın Dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Mərasim zamanı hər iki ölkənin nümayəndə heyətləri qarşılıqlı şəkildə təqdim olunub və sonda rəsmi foto çəkdirilib.













