
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qırğız Respublikasının paytaxtı Bişkekdə səfərdədirlər.
QanunTV.az xəbər verir ki, Azərbaycan Prezidentini və Birinci vitse-prezidenti Bişkekdə rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə avqustun 31-də Qırğızıstana işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bişkekdə keçirilən tədbirlərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə olunması gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələr son illərdə strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində inkişaf edir.








