
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.
Qanuntv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişafı və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tacikistan Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud dostluq münasibətlərindən məmnunluq ifadə olunub, müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Azərbaycan və Tacikistan arasında əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri nəzərdən keçirilib.
Qanuntv.az





