
Gəncə şəhərində 36 yaşlı R. Həsənovun bıçaqlanaraq öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən O. Həsənov polis əməkdaşları tərəfindən tutulub. İlkin məlumata görə, hadisə zamanı daha bir nəfər də bıçaq xəsarəti alıb. 1984-cü il təvəllüdlü A. Həsənov müxtəlif dərəcəli xəsarətlərlə üzləşib.
Məlumata əsasən, 36 yaşlı R. Həsənov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.





