
Şəmkir rayonunda 11 yaşlı qız əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Məlumata görə, Sərxanlı kənd sakini, 2015-ci il təvəllüdlü S. Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Əməliyyatdan bir neçə gün sonra uşağın vəziyyəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi yardıma və müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisənin səbəblərinə hüquqi qiymət veriləcək.





