
Bakıda orta məktəbin qarşısında 18 yaşlı gəncin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Qanuntv.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonunda baş verib. 18 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Məlumata görə, hadisə 56 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.





