
Gəncədə bacı-qardaş kimyəvi maddədən yanıq xəsarətləri alıb.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü T. Əliyev və 1996-cı il təvəllüdlü Ə. Əliyeva əl və üz nahiyələrindən yanıq xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir və vəziyyətləri kafi qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.





