
Tovuz rayonunun Qovlar qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü N. Hüseynova ağır yanıq xəsarətləri alıb.
Yaralı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.





