
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açılıb.
Qanuntv.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu naməlum şəraitdə dövlət sərhədini keçərək Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı daha bir cinayət işi başladıb.
Ermənistan mətbuatının yaydığı məlumata görə, yeni cinayət işi Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) və 340-cı maddəsinin 1-ci hissəsi (odlu silahın qaçaqmalçılığı) ilə başlanıb.
Qeyd edək ki, Azərbaycan əsgərinin Ermənistanda saxlanılması ilə bağlı araşdırma davam edir.





