
Şəmkir rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
İlkin məlumata görə, hadisəni 53 yaşlı qəsəbə sakini Sadıx İsmayılovun törətdiyi ehtimal olunur. Bildirilir ki, mərhumla şübhəli bilinən şəxs qonşu olublar.
Polisin keçirdiyi tədbirlər nəticəsində Sadıx İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin səbəbləri araşdırılır.





