
Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay İsmayılov Xəyal Əliyev tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





