
Şagirdlərin elektron yerdəyişməsi prosesinin aktivləşdiriləcəyi tarix açıqlanıb.
Belə ki, 4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, noyabrın 5-də saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.
Valideynlər müəyyən edilmiş tarix və saatlardan etibarən övladlarının digər təhsil müəssisəsinə köçürülməsi üçün elektron sistem üzərindən müraciət edə biləcəklər.





