
Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və açılış mərasimində çıxış edib.
Beynəlxalq forum müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən iştirakçıları bir araya gətirərək mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır.
Forumun əsas mövzusu olan “Ortaq gələcək naminə dialoq” müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsini, eləcə də qlobal problemlərin həllində dialoqun əhəmiyyətini ön plana çıxarır.
Tədbir çərçivəsində mədəniyyətlərarası münasibətlərin inkişafı və beynəlxalq əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.





