• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL [xfvalue_red]

3 Tem, 25 - 16:25

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

 

Son 20 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli konfranslara, forumlara və zirvə görüşlərinə ev sahibliyi etməklə, qlobal problemlərin müzakirə olunduğu mühüm platformaya çevrilib.

Bu təşəbbüslər sayəsində ölkə yalnız regionda deyil, həm də qlobal miqyasda diplomatik mövqeyini möhkəmləndirib. Azərbaycan BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək, onların fəaliyyətinə və məqsədlərinə töhfə verir.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkənin qlobal siyasətdə daha fəal iştirakına şərait yaradır. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək dialoq və əməkdaşlıq imkanlarını genişləndirirlər. Bu da Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır.

Ölkənin bu istiqamətdə qazandığı ən mühüm nailiyyətlərdən biri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyidir. COP29 çərçivəsində əldə edilən yekun razılaşma, xüsusilə iqlim maliyyələşməsi sahəsində tarixi qərarın qəbul olunması, Azərbaycanın uğurunu beynəlxalq səviyyədə möhkəmləndirdi və bu tədbir iqlim diplomatiyası tarixində önəmli səhifə kimi yadda qaldı.

Ümumdünya Şəhərsalma Forumu - WUF nədir?

Urbanizasiya, iqlim dəyişikliyi və sosial bərabərlik kimi çağırışlar fonunda Ümumdünya Şəhərsalma Forumu (WUF) bu problemlərin müzakirə olunduğu ən mühüm qlobal platformalardan biridir. Forumun məqsədi şəhər mühitinin daha dayanıqlı, inklüziv və yaşanabilir olması istiqamətində təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. Bu platforma hökumətləri, şəhər rəhbərlərini, akademik dairələri, vətəndaş cəmiyyətini və özəl sektoru bir araya gətirir.

Forum BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil olunur. 1977-ci ildə yaradılan və 2001-ci ildən Proqram statusu alan UN-Habitat, BMT sistemində urbanizasiya və yaşayış məntəqələrinin inkişafı sahəsində əsas əlaqələndirici qurumdur. Təşkilatın əsas məqsədi dayanıqlı, inklüziv və təhlükəsiz şəhərlərin formalaşması, eyni zamanda yoxsulluğun və sosial bərabərsizliyin azaldılmasıdır.

WUF və qlobal mənzil böhranı

Mənzil hüququ insanların əsas sosial və iqtisadi ehtiyaclarındandır. Lakin sürətli urbanizasiya və artan tələbat fonunda münasib qiymətə mənzil əldə etmək imkanları bir çox ölkələrdə məhduddur. Dünya Bankının hesablamalarına görə, 2025-ci ilə təxminən 1,6 milyard insan mənzil çatışmazlığından əziyyət çəkir.

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatları göstərir ki, bir çox ölkələrdə mənzil qiymətləri əhalinin gəlirlərindən daha sürətlə artır. Qlobal səviyyədə aparılan tədqiqatlar göstərir ki, 200 şəhərin 90 %-də orta gəlirli ailələrin münasib mənzil əldə etməsi mümkünsüzdür - bu şəhərlərdə mənzil qiymətləri orta gəlirin azı üç qatına bərabərdir. "Moody’s Analytics"in hesabatına əsasən, yalnız ABŞ-da mənzil çatışmazlığı 1,5 milyon təşkil edir - bu isə son 30 ilin ən aşağı kirayə və satış təkliflərinin müşahidə olunduğu dövrdür.

Bu çətinliklər fonunda WUF, qlobal mənzil böhranına diqqət çəkən və onun həllinə yönəlmiş strateji yanaşmaların təşviq olunduğu beynəlxalq platforma kimi çıxış edir. Forum təhlükəsiz, münasib və əlçatan mənzil təminatının sosial rifahın artırılması və şəhərlərin davamlı inkişafı baxımından strateji məsələ olduğunu vurğulayır.

Şəhərlər - tərəqqi və müxtəlifliyin mərkəzi

WUF-un əsas diqqət mərkəzi şəhərlərdir. Onlar yalnız iqtisadi və sosial inkişafın deyil, həm də mədəni müxtəlifliyin və irsin daşıyıcısı kimi çıxış edir. Submilli və yerli idarəetmə orqanları inklüziv, şəffaf və hüquqlara əsaslanan qərar qəbuletmə proseslərində həlledici rol oynayır. Bu, həm də gender bərabərliyinin təmin olunmasına və hər kəs üçün bərabər imkanların yaradılmasına töhfə verir.

Yeni Şəhərsalma Gündəliyi mədəniyyətin və mədəni irsin şəhər inkişafı üçün strateji resurs olduğunu tanıyır. Mədəniyyət yaradıcılığa və innovasiyaya təkan verir, şəhər məkanında sosial inteqrasiyanı gücləndirir və insanların öz irsləri ilə eyniləşməsinə şərait yaradır.

Forum qadınların və qızların şəhərsalma proseslərində fəal iştirakını xüsusi vurğulayır. Onların mədəni ifadə və qərar qəbuletmə mexanizmlərində iştirakını təmin etmək, cəmiyyətin daha bərabər və ədalətli inkişafına təkan verir.

Forum, BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyinin, Davamlı İnkişaf Məqsədlərinin, Paris İqlim Sazişinin və Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsinə töhfə verir. Azərbaycan da bu qlobal təşəbbüslərin fəal iştirakçısı kimi, inklüziv və dayanıqlı gələcək quruculuğunda öz rolunu möhkəmləndirməkdədir.

Azərbaycanın qlobal məsuliyyəti: Bakı Ümumdünya Şəhərsalma Forumuna hazırlaşır

2026-cı il mayın 17–22-də Bakı növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə, qlobal dialoqun və şəhərsalma siyasətinin mühüm mərkəzinə çevriləcək. Söhbət dünyanın aparıcı urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından gedir.

Bakıda keçiriləcək WUF13 sessiyası BMT-nin şəhərsalma sahəsindəki fəaliyyəti üçün simvolik əhəmiyyət daşıyan bir neçə mühüm yubileylə üst-üstə düşür. Belə ki, 2026-cı ildə - 1976-cı ildə keçirilmiş və "UN-Habitat"ın əsasını qoymuş "Habitat I" konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda keçirilmiş Habitat II konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş "Yeni Şəhər Gündəliyi"nin 10 illiyi qeyd olunacaq.

Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki tarixi mərhələlərini və qlobal urban inkişafındakı mühüm nailiyyətləri əks etdirir. WUF13-ün Bakıda keçirilməsi, bu mərhələlərin beynəlxalq ictimaiyyət tərəfindən qeyd olunması və Azərbaycanın şəhərsalma siyasətindəki qabaqcıl mövqeyinin təqdim olunması baxımından xüsusi önəm daşıyır.

Forum həmçinin ölkələrə ötən dövrdəki təcrübələri təhlil etmək, gələcək üçün yenilikçi və dayanıqlı həllər formalaşdırmaq imkanı təqdim edir. Azərbaycan üçün isə bu tədbir, ölkənin qlobal şəhərsalma gündəliyindəki yerini möhkəmləndirmək və regionda “ağıllı şəhər” modelini təşviq etmək baxımından mühüm fürsətdir.

Bakı-real nəticələrlə qlobal liderlik yolunda

WUF13-ə gedən yolda Bakı şəhəri konkret və ölçülə bilən nəticələrlə fərqlənir. Yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər texnologiyalarının tətbiqi, iqlim diplomatiyası çərçivəsində yüksək səviyyəli görüşlərin təşkili və beynəlxalq platformalarda aktiv iştirak ölkənin bu sahədə strateji baxışını və praktiki nailiyyətlərini nümayiş etdirir.

WUF13 yalnız şəhərsalma üzrə mütəxəssislər üçün deyil, eyni zamanda iqlim dəyişiklikləri, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan qlobal aktorlar üçün gələcəyin şəhərlərinin qurulmasına dair yol xəritəsi təqdim edəcək.

Azərbaycanın bu sahədə artan beynəlxalq nüfuzu təkcə forumun ev sahibliyi ilə məhdudlaşmır. Ölkəmiz "UN-Habitat" ilə əməkdaşlıq çərçivəsində insan mərkəzli, ağıllı və dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində bilik və təcrübə mübadiləsinə fəal töhfə verir.

2023-cü ilin iyununda keçirilmiş "UN-Habitat" Assambleyasının ikinci sessiyasında qəbul olunmuş qətnaməyə əsasən, “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması məqsədilə yaradılan ekspert qrupuna Azərbaycan iki nümayəndə ilə təmsil olunur. Bu qrupda 24 ölkədən 31 mütəxəssis yer alır. Azərbaycanın burada təmsil olunması ölkəmizin həm praktiki, eyni zamanda elmi və strateji sahədə də əhəmiyyətli rol oynadığını sübut edir.

Hazırlanmış təlimat sənədi 2024-cü ilin mayında Nayrobidə təqdim olunub və üzv dövlətlər tərəfindən geniş müzakirəyə çıxarılıb. Bu sənədin gələcəkdə şəhərsalmanın planlaşdırılması və idarə olunmasında qlobal standart kimi çıxış etməsi nəzərdə tutulur.

Təlimat sənədi eyni zamanda şəhərsalma ilə ətraf mühitin inteqrasiyası, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm alətə çevrilə bilər. Şəhərsalma məsələləri 2022-ci ildə Şarm əl-Şeyxdə keçirilmiş COP27 konfransından bəri iqlim gündəliyində xüsusi yer tutur. Bu çərçivədə yüksək səviyyəli nazir görüşləri və tematik tədbirlər davamlı şəkildə təşkil olunur.

Azərbaycan da bu proseslərdə fəal iştirak edərək, şəhərlərin iqlim davamlılığı və dayanıqlılığı sahəsində qlobal müzakirələrin mərkəzinə çevrilməkdədir.

Azərbaycanın yeni urban fəlsəfəsinin qlobal təqdimatı

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Report"a açıqlamasında qeyd edib ki, WUF13 dünyanın müxtəlif regionlarından hökumət nümayəndələri, BMT agentlikləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti qurumları, akademik dairələr və özəl sektor nümayəndələrini bir araya gətirərək strateji fikir mübadiləsi üçün unikal platforma yaradır:

"Forum çərçivəsində ağıllı idarəetmə, rəqəmsallaşma, dayanıqlı enerji və iqlimə davamlı infrastruktur kimi sahələrdə qabaqcıl ideya və təcrübələrin müzakirəsi gözlənilir. Bakı isə bu baxımdan yalnız ev sahibi deyil, həm də regionda davamlı urbanizasiya sahəsində lider mərkəz kimi çıxış edir".

Onun sözlərinə görə, forum çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Zəngilan, Laçın və Füzuli rayonlarında həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin təqdim olunması xüsusi əhəmiyyət kəsb edəcək: "Bu layihələr "yaşıl enerji", rəqəmsal texnologiyalar və inklüziv dizayn prinsiplərinə əsaslanaraq, dünya miqyasında unikal post-münaqişə şəhərsalma modeli kimi tanınmaq potensialına malikdir.

 
Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Ramil İskəndərli

Bu təqdimat Azərbaycanın münaqişədən sonrakı dövrdə yenidənqurma və dayanıqlı inkişaf sahəsində beynəlxalq nümunəyə çevrilmək yolunda atdığı mühüm addımlardan biridir".

R. İskəndərli əlavə edib ki, WUF13 QHT Koalisiyası Azərbaycan vətəndaş cəmiyyətinin qlobal urbanizasiya debatlarında fəal iştirakını təmin edir. Bu təşəbbüs sayəsində ölkəmiz yalnız şəhərsalma praktikası ilə deyil, qlobal vətəndaş cəmiyyəti arxitekturasının qurulmasında da fəal iştirak edən lider aktora çevrilməkdədir, o hesab edir.

"WUF13-un Bakıda keçirilməsi Azərbaycanın təkcə tədbirin təşkilatçısı kimi yox, həm də qlobal siyasət və strateji planlaşdırma proseslərinin fəal iştirakçısı və formalaşdırıcısı kimi tanınmasını təmin edəcək. Bu Forum həm də Azərbaycanın innovativ yanaşmalar, inklüziv şəhərsalma və dayanıqlı inkişaf üzrə qlobal töhfə verən ölkə kimi artan nüfuzunu daha da gücləndirəcək", - Milli QHT Forumunun sədri deyib.

Azərbaycanın qlobal reputasiyası daha da möhkəmlənir

O vurğulayıb ki, Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin yalnız təşkilatçı kimi yox, həm də qlobal siyasətin və strateji planlaşdırma proseslərinin fəal iştirakçısı və formalaşdırıcısı kimi tanınmasına mühüm töhfə verəcək: "Bu forum Azərbaycanın innovativ yanaşmalar, inklüziv şəhərsalma və dayanıqlı inkişaf sahəsində qlobal töhfə verən, təşəbbüskar ölkə imicini daha da gücləndirəcək.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva hesab edir ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, urbanizasiya və ətraf mühit sahələrində beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı olduğunu bir daha nümayiş etdirir. Onun fikrincə, belə mötəbər tədbirlərə ev sahibliyi ölkənin artan beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, diplomatik əlaqələrin yeni formatda inkişafına da şərait yaradır. Bu forum vasitəsilə Azərbaycan COP29 zamanı əldə olunan nailiyyətlərin, xüsusilə iqlim maliyyələşməsi və qlobal maliyyə öhdəliklərinin artırılması təşəbbüslərinin davamlılığını təmin edə bilər, Qlobal Cənub ilə Şimal arasında dayanıqlı inkişaf gündəliyində vasitəçi və təşəbbüskar ölkə imicini daha da gücləndirəcək.

Deputat qeyd edib ki, Azərbaycanın belə qlobal tədbirlərə ev sahibliyi etməsi ölkənin strateji vizyonunun, regional liderliyinin və qlobal siyasətdə fəal iştirakının sübutudur. Bu yanaşma həm də “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq ölkənin urbanizasiya, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığını dərinləşdirmək üçün geniş imkanlar yaradır.
Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Pərvanə Vəliyeva

"2026-cı ilin iyununda Azərbaycanda keçiriləcək BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Ümumdünya Ətraf Mühit Günü ilə WUF13 arasında sinerji yaradılması da bu baxımdan əlamətdar hadisə olacaq. Həm "UN-Habitat", həm də UNEP ilə paralel əməkdaşlıq formatlarının qurulması Azərbaycanın BMT ilə gələcək əməkdaşlıq gündəliyində hansı prioritet sahələrə diqqət ayıracağını da aydın şəkildə ortaya qoyur", - P.Vəliyeva qeyd edib.

O vurğulayıb ki, WUF13 dövlət orqanları, özəl sektor, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında genişmiqyaslı əməkdaşlıqlar üçün əlverişli zəmin yaradır. Bu platforma QHT-lərin iştirakçılığının artırılması və institusional əməkdaşlıqların qurulması üçün mühüm imkanlar açır.

"Azərbaycan QHT-ləri artıq yalnız yerli səviyyədə fəaliyyət göstərmək və xarici təşəbbüslərlə məhdudlaşmaq mərhələsini geridə qoyub. Onlar qlobal təşəbbüslərin təşkili, beynəlxalq əməkdaşlıq mexanizmlərinin qurulması və həyata keçirilməsi sahəsində aktiv rol oynayır. Bu, xüsusilə dövlətin şəhərsalma siyasətində QHT-lərin iştirakçılığını artıracaq. Azərbaycan QHT sektoru artıq lokal səviyyədə fəaliyyət göstərmək və ölkə xaricində ayrı-ayrı təşəbbüslərlə kifayətlənmək mərhələsini geridə qoyaraq, qlobal təşəbbüslərin irəli sürülməsi, beynəlxalq əməkdaşlıq formatlarının formalaşdırılması və həyata keçirilməsi mərhələsinə qədəm qoyub. Bu sektor hazırda xarici siyasətimizin prioritet istiqamətlərində dövlət siyasətini dəstəkləmək və gücləndirmək üçün effektiv bir tərəfdaşa çevrilib və yeni keyfiyyət mərhələsinə çatıb.

COP29 prosesi zamanı nümayiş olunan peşəkar və strateji yanaşma bu inkişaf mərhələsinin bariz nümunəsi olub. Qlobal Cənub ölkələrinin Azərbaycana artan marağı nəticəsində formalaşan Qlobal Cənub QHT Platforması da COP29-un irsi baxımından əhəmiyyətli təşəbbüsdür", - P.Vəliyeva hesab edir.
Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Onun sözlərinə görə, Azərbaycan Milli QHT Forumu WUF13-ə hazırlıq çərçivəsində mühüm təşəbbüslərlə çıxış edir: "Bu istiqamətdə ilk mühüm addım kimi, 2025-ci il martın 12-də Forumun təşəbbüsü ilə “WUF13 QHT Koalisiyası” təsis edilib. Hibrid formatda keçirilmiş təsis konfransında 18 ölkədən 25 xarici QHT iştirak edib. Azərbaycan tərəfini bu Koalisiyada ölkənin vətəndaş cəmiyyətinin aparıcı qurumu olan Azərbaycan Milli QHT Forumu təmsil edir. Bu isə Azərbaycanın beynəlxalq miqyasda moderator və lider rolunun daha da artdığını göstərir.

Koalisiyanın yaradılması, vətəndaş cəmiyyətinin WUF13-də sistemli, koordinasiyalı və tematik əsaslı iştirakını təmin etmək ehtiyacından irəli gəlib. İctimai marağın artması, QHT-lərin fəaliyyət sahələrinin Forumun gündəliyi ilə üst-üstə düşməsi, inklüziv və iştirakçılıq əsaslı yanaşmanın təşviqi bu strukturun zəruriliyini bir daha təsdiq edib".

O əlavə edib ki, WUF13 QHT Koalisiyası vətəndaş cəmiyyətinin səsinin beynəlxalq səviyyədə eşidilməsi, urbanizasiya və dayanıqlı inkişafla bağlı mövzularda təcrübə və məlumat mübadiləsinin təşviqi, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması baxımından mühüm platforma kimi çıxış edir. Koalisiya, Forum çərçivəsində QHT-lərin fəal iştirakını təşkil etməklə yanaşı, bu iştirakın dayanıqlı strateji əməkdaşlıqlara çevrilməsini də hədəfləyir, yəni forumdan sonra da urbanizasiya sahəsində vətəndaş cəmiyyətinin iştirakını təmin etməyə davam edəcək.

"Eyni zamanda, Koalisiya lokal və beynəlxalq QHT-lər arasında körpü rolu oynamaq öhdəliyini öz üzərinə götürür. Bu rol vasitəsilə həm yerli bilik və təcrübənin beynəlxalq platformalara ötürülməsi, həm də qlobal praktikaların yerli səviyyədə tətbiqi təşviq olunur. Beləliklə, Azərbaycan QHT-ləri qlobal urbanizasiya şəbəkələrinə fəal şəkildə qoşulmaq və bu sahədə mövcud bilikləri zənginləşdirmək üçün real imkanlar əldə edir", - deputat vurğulayıb.

Beləliklə, Bakıda keçiriləcək WUF13 Azərbaycanın şəhərsalma sahəsində qlobal liderliyə iddialı olduğunu təsdiqləməklə yanaşı, ölkəmiz üçün mövcud təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və qlobal siyasətə töhfə vermək baxımından mühüm fürsətlər açır. Xüsusilə post-münaqişə dövründə bərpa, ağıllı və yaşıl şəhərsalma modellərinin tətbiqi, mədəni irsin qorunması və inklüziv idarəetmənin təşviqi sahələrində Azərbaycan artıq uğurlu nümunələr ortaya qoyub. Bu nümunələr WUF13 vasitəsilə qlobal miqyasda paylaşılacaq və ölkəmizin şəhərsalma üzrə strateji vizyonu beynəlxalq səviyyədə daha da tanınacaq.(Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır
backend
Prezidentdən neft sənayesi işçilərinə - Təbrik
backend
XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev tədbirdə iştirak edir
backend
İlham Əliyev Kailaş Satyartini qəbul etdi - YENİLƏNİB
backend
Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilir - Canlı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 106

XƏBƏR LENTİ

Bakıda minifutbolçu Qiyas Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1223 Ağu
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0923 Ağu
Bu gün Premyer Liqada iki oyun keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0523 Ağu
Gədəbəydə “Niva” aşıb: sürücü ağır yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0123 Ağu
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5623 Ağu
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5123 Ağu
Hörmüz boğazından bir gecədə 40-a yaxın neft tankeri keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4923 Ağu
Zaporojyedə Rusiya zərbələri nəticəsində ölənlərin sayı artıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4723 Ağu
İsmayıllıda bacı-qardaş faciəsi: tullantı quyusunda boğularaq öldülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4223 Ağu
Goranboyda üç avtomobil toqquşub: iki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3823 Ağu
Şəmkir rayon Qaracəmirli kənd körpələr evi-uşaq bağçasında nümunəvi idarəçilik – Məleykə Cəfərovanın fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4022 Ağu
Binəqədidə sensasion iddialar: Ramil Abasovun yüksək vəzifəyə təyinatı ətrafında ciddi suallar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4622 Ağu
Qusar təhsil sektorunda məsuliyyətli və peşəkar idarəçilik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4122 Ağu
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2822 Ağu
FIFA Argentina millisinin üzvlərinə ağır sanksiyalar tətbiq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2522 Ağu
Bakıda dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2322 Ağu
Ölkə üzrə 11 504 uşağa 15 893 peyvənd tətbiq olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2122 Ağu
Xocavənddə mina partlayışında xəsarət alan şəxs evə buraxılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1622 Ağu
Elbəy Alışov Azərbaycana dünya çempionu kəməri ilə qayıdıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1122 Ağu
AAYDA-nın mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0822 Ağu
Məktəbli formalarının alınmasında valideynlər sərbəstdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0522 Ağu
Dövlət Mühafizə Xidmətinin polkovniki general-mayor ali hərbi rütbəsi alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0222 Ağu
Prezident İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5922 Ağu
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4822 Ağu
Neftçalada kişi gürzə sancmasından öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3721 Ağu
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalına yüksəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3421 Ağu
Bakıda müəllim vəfat etdi – uzun illər pedaqoji fəaliyyət göstərib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3121 Ağu
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2821 Ağu
Sabiq hərbi həkim komissiyası rəisi Rasim Həsənovun işi üzrə hökm açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2621 Ağu
Azərbaycanda yol qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA – 6 ayda 285 nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2421 Ağu
Abşeronda iki futbolçunun öldüyü qəza ilə bağlı yeni açıqlama – “Toyota”nın sahibi iddiaları təkzib etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2121 Ağu
Gəncədə zibil poliqonunda ölü döl aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1721 Ağu
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1321 Ağu
Kiyevə kütləvi raket hücumu: Ölənlərin sayı 15-ə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1021 Ağu
2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Ağalarov Azərbaycana gətirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0621 Ağu
İmişli rayon Təhsil sektorunda idarəçiliklə bağlı ciddi suallar — Elşad bəyin fəaliyyəti diqqət mərkəzində [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5820 Ağu
İlisu bələdiyyəsində məsuliyyətli idarəçilik – Elman müəllimin fəaliyyəti təqdir olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2820 Ağu
Sahil qəsəbə bələdiyyəsində məsuliyyətli idarəçilik və vətəndaş məmnuniyyəti – Ramil müəllimin fəaliyyəti təqdir olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1820 Ağu
Cəfərov Nemət Tofiq oğlu – məsuliyyətli idarəçilik və vətəndaşlara nümunəvi münasibət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0120 Ağu
Şərur İnşaat şirkətində Mirzə müəllim – peşəkarlığı, məsuliyyəti və insanlara münasibəti ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3820 Ağu
Fransada iki gün əvvəl itkin düşən 29 yaşlı tiktokerin meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3820 Ağu
Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3620 Ağu
Qurban Qurbanovdan “Qarabağ”ın yeni transferi ilə bağlı açıqlama [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3120 Ağu
Prezidentdən traktor istəyən balaca Gülərin arzusu gerçəkləşdi – FOTO/VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2720 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə