
Bakı və Sumqayıtda məktəbəqədər təhsil müəssisələrinin təmiri ilə bağlı satınalma elan edilib.
Elm və Təhsil Nazirliyinin müvafiq qurumu tərəfindən keçirilən satınalma məktəbəqədər təhsil müəssisələrində əsaslı təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur.
Layihənin ehtimal olunan dəyəri 7 milyon 886 min manat təşkil edir.





