
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.
Daha sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.
Məşvərət görüşündə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirə olunması gözlənilir.







