
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib.
Dövlət başçısını Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar. Prezidentin şərəfinə aeroportun ərazisində fəxri qarovul dəstəsi düzülüb.
Səfər çərçivəsində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
Prezident İlham Əliyev görüşdə iştirak edib və tədbirdə çıxış edib.
Görüşdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın müxtəlif istiqamətləri və regional məsələlərin müzakirə olunduğu bildirilib.







