
İstanbulun Maltəpə rayonunda altımərtəbəli binanın iki mərtəbəsi çöküb.
Hadisə bu gün səhər saatlarında, hələlik məlum olmayan səbəbdən baş verib. Çökmə nəticəsində binanın dağıntıları altında insanların qaldığı bildirilir.
Hadisə yerinə xilasetmə qrupları və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda ölən və ya xəsarət alanların sayı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
İlkin məlumata görə, dağıntılar altından sağ çıxarılan bir uşaq xəstəxanaya yerləşdirilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.





