
“MTV Azərbaycan”la bağlı yeni rəhbər təyinatı barədə məlumat yayılıb.
Qanuntv.az xəbər verir ki, Sevinc Tahirova “MTV Azərbaycan” telekanalının tərkibində fəaliyyət göstərən media və reklam şirkətinə icraçı direktor təyin olunub. Bu barədə o, özü açıqlama verərək təyinatına aydınlıq gətirib.
Sevinc Tahirova bildirib ki, onun icraçı direktor vəzifəsinə təyinatı birbaşa “MTV Azərbaycan” telekanalına aid deyil. Onun sözlərinə görə, telekanalın öz təsisçisi və rəhbərliyi var, təyinat isə reklam agentliyinə aiddir.
Qeyd edək ki, Tahirova sentyabr ayında “MTV Azərbaycan”ın Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl “VMF Company”də Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.
O, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrində çalışıb.





