
Ağsu şəhərində 40 yaşlı kişinin qayınanasını döydüyü bildirilir.
Hadisə ilə bağlı məlumata görə, 1986-cı il təvəllüdlü İslam Azadov həyat yoldaşı ilə mübahisə edib. Bu zaman qadının anası hadisə yerinə gələrək qızını öz evinə aparmaq istəyib. Tərəflər arasında yaranan mübahisə daha sonra davaya çevrilib.
Qeyd olunur ki, qayınana kürəkəninin avtomobilinə bir neçə dəfə təpik vuraraq nəqliyyat vasitəsinə zərər yetirib. Bundan əsəbiləşən İ.Azadov isə qayınanasını yumruqla döyüb.
Faktla bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmə iclasında tərəflər barışıb. Bununla əlaqədar işə xitam verilib.





