
Sabirabad rayonunda 17 yaşlı yeniyetmənin 14 yaşlı qızı evlənmək məqsədilə qaçırdığı bildirilir.
Hadisə ilə bağlı oktyabrın 1-də Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeniyetmələr oktyabrın 2-də tapılaraq ailələrinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.





