
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqlənib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, müəllimlərin geyimi onların pedaqoji fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini dərsdən yayındırmamalı və onlarda geyimə düzgün münasibətin formalaşmasına xidmət etməlidir.
Qərarla müəllim geyiminin təhsil mühitinə və pedaqoji fəaliyyətin xüsusiyyətlərinə uyğun olması nəzərdə tutulur.





