
Oktyabrın 6-da Yasamal rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işlərinin başa çatdırılmasından sonra qeyd olunan ərazilərin daha dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.





