
Gələn il Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.
Qanuntv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”, - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, bu siyasət Azərbaycan əhalisinin rifahının ildən-ilə yaxşılaşdırılmasına yönəlib.
“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, - deyə İlham Əliyev vurğulayıb.





