
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi baş verib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Sumqayıt Tibb Mərkəzinin direktor müavini İlkin Namazov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bu dəyişiklik TƏBİB-də həyata keçirilən kadr siyasəti çərçivəsində baş verib.





