
Yağışlı havalarda yollarda yaranan gölməçələr həm sürücülər, həm də piyadalar üçün müəyyən çətinliklər yaradır.
Qanuntv.az xəbər verir ki, avtomobil gölməçədən keçərkən su və ya palçığın piyadanın, binanın və ya digər nəqliyyat vasitəsinin üzərinə qəsdən sıçradılması inzibati məsuliyyət yaradır.
Belə hallarda sürücülər 40 manat məbləğində cərimə oluna bilərlər.
Sürücülərə yağışlı hava şəraitində hərəkət zamanı xüsusilə diqqətli olmaq və piyadaların təhlükəsizliyini nəzərə almaq tövsiyə olunur.





