
Azərbaycanda qadınların bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı yeni dəyişiklik edilib.
Qanuntv.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti 3 ildən 6 aya endirilib.
Əvvəlki qaydalara əsasən, həqiqi hərbi xidmətə daxil olanlar, ehtiyatdan gələnlər və qadınlar üçün ilk bağlaşma müddəti 3 il müəyyən edilmişdi.
Yeni qərara əsasən isə qadınların ilk bağlaşma əsasında həqiqi hərbi xidmət müddəti 6 ay olacaq. Ehtiyatdan və digər hallardan həqiqi hərbi xidmətə daxil olan şəxslər üçün isə 3 illik ilk bağlaşma müddəti qüvvədə saxlanılıb.
Dəyişiklik qadınların bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbulunda müqavilə müddətinin yenidən müəyyənləşdirilməsini nəzərdə tutur.





