
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətləri və müəssisələri, eləcə də dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısından çıxarılıb.
Müvafiq dəyişiklik Prezident İlham Əliyevin imzaladığı fərmanla rəsmiləşdirilib.





