
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Zibil tullantılarını yığan yük maşını 84 yaşlı Alman Məmmədovu vurub.
Ağır xəsarətlər alan Alman Məmmədov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.





