
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.
Prezident İlham Əliyev tədbirdə iştirak edir.
Tədbirdə Cənubi Qafqazın regional bağlantı, investisiya imkanları və iqtisadi əməkdaşlıq baxımından perspektivləri müzakirə olunur.
Forum çərçivəsində Azərbaycanın investisiya mühiti, regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, eləcə də ölkənin beynəlxalq iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olması gözlənilir.





