
Qanuntv.az xəbər verir ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda, Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Tədbir çərçivəsində Mingəçevir Sənaye Parkında həyata keçiriləcək layihənin təqdimatı baş tutub və yeni istehsal müəssisəsinin təməli qoyulub.
“Tekstil Klasteri” layihəsinin reallaşdırılması Mingəçevirin sənaye potensialının genişləndirilməsi, istehsal imkanlarının artırılması və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyət daşıyır.
Layihənin həyata keçirilməsi Azərbaycanda sənaye sahəsinin inkişafına, yerli istehsalın genişləndirilməsinə və qeyri-neft sektorunun şaxələndirilməsinə töhfə verməsi nəzərdə tutulur.








