
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm ilk oyununa çıxır.
Qanuntv.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan yığması səfərdə Litva millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 17:00-da Litvanın Kaunas şəhərində yerləşən “Dariaus və Gireno” stadionunda keçiriləcək.
Millimiz üçün turnirin ilk qarşılaşması yeni mövsümə uğurlu start vermək və qarşıdakı oyunlar öncəsi vacib nəticə əldə etmək baxımından əhəmiyyət daşıyır. Futbolçuların meydanda mübarizə əzmi, taktiki intizamı və baş məşqçinin seçdiyi oyun planı qarşılaşmanın əsas məqamlarından olacaq.
Azərbaycan yığmasına Litva ilə görüşdə uğurlar arzulayırıq!





